İran Azərbaycana viruslu portağal göndərdi - BAKU TV
İran Azərbaycana viruslu portağal göndərdi - BAKU TV
İrandan Azərbaycana viruslu portağal keçirilməsinin qarşısı alınıb. Bu barədə məlumatı Qida Təhlükəsizliyi Agentliyi yayıb.
Agentlikdən bildirilib ki, “Best Supply Company” MMC-nin İrandan idxal etdiyi 19 400 kq portağal məhsuluna Agentliyin müfəttişlərinin keçirdiyi baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında karantin tətbiq olunan zərərli orqanizm – Sitrus tristeza virusu aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərarlar qəbul edilib.
Xatırladaq ki, zərərli məhsullar Sumqayıt Şəhər Poliqonunda məhv edilib.
İran Azərbaycana viruslu portağal göndərdi
© 2023 © All Rights Reserved ℗ Baku TV
#iran #azerbaycan #virusluportagal