Rəsmi Bakı Erməni nazirə cavab verdi - Baku TV
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın “RİA” xəbər agentliyinə müsahibəsində rəsmi İrəvanın bugünədək sərgilədiyi ənənəvi beynəlxalq hüquqa zidd və Azərbaycana qarşı ərazi iddialarını əks etdirən mövqeyini təkrar edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin erməni nazirin müsahibəsinə cavabında belə deyilib:
“Erməni xarici işlər naziri Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazilərində aqressiv separatçılığı qızışdırmaqla, bəhs etdiyi “sülh və təhlükəsizlik strategiyasının” saxtakarlıqdan başqa bir şey olmadığını və bu ölkənin hələ də təcavüz siyasətindən əl çəkmədiyini açıq şəkildə göstərir. Ermənistanın yeni xarici işlər nazirinin diqqətinə çatdırırıq ki, Azərbaycan ərazi bütövlüyünü beynəlxalq hüququn tələblərinə uyğun olaraq təmin edib və hazırda tərəflərin imzaladığı bəyanatların icrasının zamanıdır. Bu reallığı dərk etmək Ermənistan tərəfinin maraqlarındadır, çünki ölkə nəhayət yalan və xülyalara son verərək, gələcək inkişaf