Ali Nasir meclisi ()

Masallının tanınmış ağsaqqalı Hacı Şükür Zeynalov müəllimin təşəbbüsü ilə Lənkəranda keçirilən ənənəvi “Əli Nasir” (Ali Nasir) məclisində () ölkəmizin tanınmış qəzəlxanı və müğam ustadı Ağakərim Nafiz Şirvanini dinləmək hər birimiz üçün xoş idi. Onun özünə ustad hesab etdiyi, İran Azərbaycanının görkəmli ictimai-siyasi xadimi və şairi, Pişəvəri hökumətinin (1945) Maarif Naziri olmuş, min bir məşəqqətli həyat tərzini yaşamış rəhmətlik Məhəmməd Biriya (Bağırzadə) (1914-1985) barədə söylədiyi xeyli maraqlı xatirələr hamımızın qəlbini kövrəltdi…Məclisdə Xanəndə özünün yenicə çapdan çıxmış “Divan” kitabını bizə ərməğan etdi. Biz də söhbətimizi Əli Nasir məktəbinin təsirilə son illərdə meydana çıxmış gənc talış müğənni, aktyor, şair və yazarlar barədə səslənən xoş fikirlərimizlə bitirdik… Ümidvarıq ki, mübarək Vəzərü çayının şırıltısı və bülbüllərin cəh-cəhi altında lentə alınmış bu video-roliki dinləmək sizi də yormayacaq, əziz dostlar…
Back to Top