Naxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib

Naxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib. Komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin sülh və müharibə şəraitində komandir keyfiyyətlərinin əsasını təşkil edən mənəvi-psixoloji dayanıqlığının qorunmasına və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib. Tabor, divizion komandirləri və müavinləri ilə keçirilən komandir hazırlığı məşğələlərində 44 günlük Vətən müharibəsində iştirak edən bölmələrin döyüş təcrübəsini özündə əks etdirən praktiki fəaliyyətlər imitasiya edilib. Tabor və divizionlarda taktiki-sıra məşğələlərinin təşkili və hazırlanması metodikası göstərilib, düşmənin kiçik ölçülü pilotsuz uçuş aparatlarına və dronlarına qarşı mübarizənin üsul və vasitələri nümayiş etdirilib, praktiki fəaliyyətləri icra edən minaatan batareyaları simulyator minaatanlarından atışlar keçiri
Back to Top