YENİ VİDEO: Ağdam şəhərinin daxili yollarının tikintisi sürətlə və keyfiyyətlə aparılır
video: AYDAA. Bu kanalda bütün videoların şərhlərində izləyicilər yazırlar ki, niyə Ağdamda tikinti işləri ləng gedir?
Bu videonu paylaşaraq bildirmək istəyirəm ki, işlər ləng yox, lazımi mərhələlərə uyğun aparılır. Şəhərdə əvvəlki yolların arasındakı ərazilərdə evlər tikilmir. Tamamilə yeni şəhər qurulur, təzə fərqli yollar çəkilir. Ona görə də ərazinin dağıntılardan təmizlənib, yol yataqlarının hazırlanması və buna paralel olaraq kommunikasiya xətlərinin çəkilməsi prosesi sürətlə gedir. Şahidəm ki, səhər saat 8-dən qabaq iş başlayır və düz axşam gün batanadək davam edir. Yol yataqları hazır olduqdan sonra artıq yaşayış bunalarının tikintisinə start veriləcək. Bu işə iyun ayında başlanacağı gözlənilir. Yəni əgər binaların yüksəlməsi gözə görünmürsə, “iş getmir“demək düzgün deyil. Mühəndis mənə izah etdi ki, binalar tikilib sonra yol və kommunikasiya xətləri çəkilsəydi, bir yeri iki dəfə qazmaq lazım gələrdi və bu da işi çox uzadardı...
Yolları da elə enini-uzununu ölçüb torpağın üstünə asfalt örtməklə çəkmirlər. Son 2 ayda 2 dəfə saatlarca gəzib müşahidə etmişəm- əvvəlcə dağıntılar təmizlənir (sökülür və daşınır), sonra bitki örtüyü təmizlənir, torpaq qatı dərin qazılıb çıxarılır, beynəlxalq standartlara uyğun yol yatağı hazırlanır, komunikasiya xətləri hamısı bir dərin xəndəklə aparılır və s. Ciddi və sürətli iş gedir.
MƏLUMAT ÜÇÜN:
Ağdam şəhərinin Baş planına əsasən şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometrdir. Ağdam şəhərinin daxili yollarının 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-8 ədəd, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 1,5 metr, piyada zolağının eni isə 4-6 metr təşkil edir. Layihə üzrə magistral şəhər yollarının uzunluğu 17,5 kilometrdir. Ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr olacaq. İndi tikinti işləri birinci mərhələdə uzunluğu 58,7 kilometr təşkil edən hissə üzrə aparılır. Bu hissədə tikinti sahəsinin təmizlənməsi, bitki qatının çıxarılması, qazma, torpaq yatağı və kommunikasiya xətlərinin tikintisi işləri həyata keçirilir.
Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.
4 views
3
1
12 years ago 00:06:02 249
İSMAYILLIDA SİLAHLI QARŞIDURMA (YENİ VİDEO)
12 years ago 00:03:57 255
Hadise - Visal (Yeni 2013 Video Klip)
7 years ago 00:02:29 36
No:309 Yeni Sezon Kamera Arkası Yeni Video
9 years ago 00:03:47 16
Antalyaspor Yeni Stad Havadan Video Çekimi 4k
12 years ago 00:04:01 24
Davut Güloglu - Kopalim Bari Yeni Album (Turkish Pop) Yeni Orijinal Video Klip 2009
4 years ago 00:02:17 58
Şuşa Şəhəri İsa bulağı yeni video görüntülər
4 years ago 00:01:33 38
Tehran Mensimov (Yeni Video)
4 years ago 00:09:38 62
Şuşa Şəhərinə gedən Zəfər yolu. Yeni video görüntülər.
10 years ago 00:03:06 101
Əlil vətəndaş və axmaq sürücü (yeni video SANCAQ)
6 years ago 00:28:36 189
Yeni video: “Bakılının gündəliyi 2. VHS“
14 years ago 00:04:31 18
Tarkan-Acımayacak YENI VIDEO 2011 Full
3 years ago 00:04:12 25
Orxan Masalli Hesretimle Yasa 2022 Yeni (Video Clip)
7 years ago 00:11:12 25
Yeni havlu kenarı 2 video
2 years ago 00:04:03 42
İlkin Mamedov - “Rəhbərim” yeni 2022 (official video)
4 years ago 00:08:10 17
Şuşa şəhəri və Daşaltı kəndindən yeni video görüntülər
3 years ago 00:04:19 21
Ceza - Yeni Mesaj (Official Video)
2 years ago 00:38:49 22
Tikinti xaosun pik nöqtəsi - Yeni Yasamalın yeni tikililəri
4 years ago 00:04:05 15
Talıb Tale - Yadında (Official Video) [YENİ / 2021]