ZİYAD NOVRUZOĞLU - GÖZƏL OLMAZ ( ŞEİRLER )
-------------------------------
GÖZƏL OLMAZ
Ey qəlbi sərt olan daşdan, dəmirdən,
Yaşasan da ömrü yüz, gözəl olmaz.
Ya sevincdən,ya həsrətdən, ya qəmdən.
Dolub yaşarmayan göz gözəl olmaz.
Kökü zəyifdirsə boy atmaz budaq,
Bar verməz, söyüdə versən də calaq.
Gülüşün qəlbimdə yandırar çıraq,
Təbəssüm olmayan üz gözəl olmaz.