Qatarın siqnalı eşidilən kimi Tamella xanım qıvraq ayağa qalxıb özünü divara sıxır. Oğluna da çığırır ki, geri çəkilsin, qatar gəlir.
Qatar evlərin yarım metrliyindən keçir. Keşlə qəsəbəsində yerləşən 10-a yaxın evin sakinləri hər gecə qatar səsinə oyanır. Hər gün 6 dəfə, üç xəttlə qatar buradan benzin daşıyır.
Sakinlər nə vaxtsa rahatlıqlarına qovuşacaqlarına inanmırlar çünki hər il hökumət işçiləri gəlib söz verirlər ki, bu il köçürüləcəksiniz. Amma bir neçə ildir onlar durduqları yerdə sayırlar.
Ətr
19 views
710
214
3 months ago 00:02:34 1
Türkiyədə SOCAR-ın binasının qarşısında aksiyalar təşkil edilib