13-37

#unutulanlar #qaraqan #okaber #orkhanzeynalli Endirmə linki: İnstagram: Sözləri: Qaraqan Səni mən oğurladım cənnətdən Sən mələksən, gözlərin cəngərliklərində mən tamam azdım Dedim yazmıyacam bir də sevgidən mən Dedim yazmıyacam, yazmıyacam və sonda yazdım İstədim günəş olum ki, hər səhər səni görüm çıxanda İstədim külək olum ki, rəqs edim saçlarınla Həyat çox mürəkkəbdi, bəzən dözülməz yaşamaq Ama ki sən varsan həyatın ən çətin anlarında Qələmin göz yaşıyla suladığım bu bəyaz sətirlər Biz kimik ki, -sevgi qapısında kasıb səfillər Biz kimik ki, -uzun bir əsərdə bir neçə cümlə Biz kimik ki, -yuxarıdan baxsan bir neçə nöqtə Sənin baxışların danışırdı başqa dildə Elə bil ilk dəfəydi həyatında məni görürdün Bəlkə də əvvəllər baxırdın bir dost kimi Ama bu gün son baxışlarında məni sevirdin Orkhan Zeynallı Qəribəsən Bakı, ürəyi olmayanlar itirilmiş sevgidən yazır (nə isə) Sonuncu qum dənəsi düşmədən yerə, xəyala gedən yolda Gələcəyi üçün insan keçmişini körpüdən atır Bir gün ölkədən qaçıb, azmaq idi arzum Elə bilmə səni yaddaşdan pozmaq idi arzum Artıq donub əlləri, güclə dayanıb Cek İstəmədim batan gəmidə çalım violonçel Ömrü bizim ömrümüzdən uzun bəstələrim var Dərinlikdən qaça bilməzsən qayıqla ancaq Zaman tunelində ilişib qalanlara pis xəbərim var! Geriyə baxmadan qaçın uşaqlıq qayıtmayacaq Həyat gedir dediyin anda birdən vaxt sancar Üzünə baxıb deyər, keçir ömür böyüyürsən qocalırsan Dinlə bu gecə təkcə məni Elə bil ki, məndən mənim xoşbəxtliyimi borc alırsan Okaber Sən olsaydın, nə bu yazılar olardı, Nə qəmli süjetlərlə bol səhnələr, nə payızlar olardı, Nə məni darıxdıran boş məhlələr, nə qızlar olardı. Həyatımda səndən başqa sən olsaydın, sevdiyim azadlıq, Nə dəmir barmaqlıq, qollarımda qandal. Yalvarırdım, sən qal, getmə indi, günah, Açılmazdı sabah. Həyatımda səndən başqa sən olsaydın, hətta ölüm xoş gələrdi mənə, Görüş yeri boş qalardı yenə, hədəfi unutsaydım Unudardım varlığımı, təki səni unutsaydım, Heç kəsi unutmazdım həyatımda səndən başqa. Sən bir xəyal kimi gözümdən itdin, Məni isə xəyalınla xəyala daldım. Sən bir insan kimi gəldin və getdin, Mən isə dünya kimi yerimdə qaldım. Orkhan Zeynallı Unudulur ilk öpüş, unudulur etiraflar Unudulur ilk görüş, görüş yeri və məkanlar Yaddan çıxmaz doğmalar deyirdik bir vaxtlar Unudulmuş gör nəqədər insan var ətrafda Unudulub titrəyən səs artıq o səs əsmir Üşütmür Bakı küləyi də, artıq o sərt əsmir Unudulur yaxşılıqlar, unudulur çox sağollar İnanmazdım nə vaxtsa yaddan çıxacaq sığallar Unudulur unutmaqçün atılan addımlar da Unutdurmaq üçün bir neçə saatlıq qadınlar da Yaddan çıxıb artıq yataqda səhv düşən adlar da İllərin yaddaşı indi ancaq rəfdəki şərablarda Unudulur verilən sözlər, ilk gün kimi Sönür gedir hisslər, solub gedən ilk gün kimi Və məndən heç nə gözləməyin, qələm də həmin ki deyil artıq Hansı mahnı, kimə yazılıb yadımda deyil artıq
Back to Top