Mirzə Babayev - Nargilə ( Məzəli mahnı )#mirzebabayev

Qız sevdim, Nargilə, Tutdum şirin dilə. Dedim gəl əhd eyləyək Canan dedi belə: – Sevmirəm, sevmirəm, sevmirəm!.. Yox, yox, yox!.. Qаdаnı mən alım, Başına dolanım, Durulum, bulanım, Ay qız,ay qız! Neçə gündür, inan, Yata bilmirəm. Vəslinə, ey canan, Çata bilmirəm. Neyləyim, kimə söyləyim Bu dərdi?! Ay qız maaşım var, Altımda maşın var. Hər qəmzən göz üstədir Bollu daş-başım var. Sevirəm, sevirəm, sevirəm Mən, mən, mən! Ömrüm, yaraşığım, Olmuşam aşığın, Gözümün işığı, Ay qız, ay qız! Qız dedi: – Daş-başın Başına dəysin! Qadam o sürdüyün Maşına dəysin! Neyləyim kimə söyləyim Bu dərdi? Elə yox-yox deyir, Danışıb gülməyir, Dərdimi bilməyir, Canan, canan! Music : Tofiq Quliyev (1917-2000) Lyrics : Zeynal Cabbarzadə (1920-1977)
Back to Top