Zəngəzur Milli Parkından maraqlı görüntülər - BAKU TV
Zəngəzur Milli Parkından maraqlı görüntülər - BAKU TV
Sosial şəbəkələrimiz
Zəngəzur Milli Parkında və parka həmsərhəd ərazilərdə təbiəti mühafizə işçiləri heyvanların rahat su içmələri üçün bulaqların gözündə nov quraşdırıblar.
Bu addım son illərdə vəhşi heyvanların da quraqlıqdan əziyyət çəkməsi ilə bağlı atılıb. Belə ki, suya gələn heyvanlar kameralara düşüblər və maraqlı kadrlar alınıb.
Daha öncə də Zəngəzur Milli Parkında bir sıra heyvanların, xüsusən də, nəsli tükənməkdə olan, “Qırmızı Kitab”a salınan canlıların görüntüləri kameralara düşüb.
Qeyd edək ki, 2003-cü ildə yaradılan Zəngəzur Milli Parkının ərazisində xüsusi mühafizə olunan Ordubad Dövlət Təbiət Yasaqlığı yerləşir. Yasaqlığın ərazisində son vaxtlar sayları artan bəbir, muflon, bezoar keçisi mövcuddur.
Zəngəzur Milli Parkından maraqlı görüntülər
© 2022 © All Rights Reserved ℗ Baku TV
#zengezur #millipark #goruntuler