Prezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısına məlumat verildi ki, inşasına 2021-ci ilin martında başlanmış inzibati binaların tikintisi bu ilin avqustunda yekunlaşıb. İnşaat işləri müasir standartlara uyğun aparılıb, binalar bütün zəruri avadanlıq və inventarlarla təmin olunub, burada əməkdaşların öz xidməti fəaliyyətlərini səmərəli həyata keçirmələri üçün hər cür şərait yaradılıb.
Əvvəlcə foyedə quraşdırılmış monitorda son illər ərzində Dövlət Təhlükəsizliyi Xidmətinin mərkəzi aparatında və ərazi orqanlarında aparılan əsaslı tikinti-quruculuq işlərindən bəhs edən videoçarx nümayiş olunub.
Bildirildi ki, binanın giriş hissəsində Ümummilli Lider, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, bu orqanların inkişafında müstəsna xidmətləri olan Heydər Əliyevin barelyefi qoyulub, Ulu Öndərin arxiv sənədlərinin nümayiş olunduğu guşə və dahi şəxsiyyətin mənalı ömrünün 25 ilini həsr etdiyi təhlükəsizlik orqanlarındakı fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət stend yaradılıb.
Sonra dövlətimizin başçısı xarici xüsusi xidmət orqanları ilə qurulan tərəfdaşlıq münasibətlərinin səviyyəsini və tarixini simvolizə edən muzeydə sərgilənən eksponatlara baxıb.
Qeyd edildi ki, binada Dövlət Təhlükəsizliyi Xidmətinin mərkəzi aparatının bəzi struktur bölmələrinin yerləşdirilməsi nəzərdə tutulur. Bina iş və iclas otaqlarından, rəhbər və şəxsi heyət üçün iki mərtəbəli yeməkxanadan ibarətdir.
Ölkə başçısı xidməti otaqlarla və burada əməkdaşlar üçün yaradılan şəraitlə yaxından tanış olub.
Ali Baş Komandan İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı dəstəsinin istifadə etdiyi xüsusi vasitələrə, silahlara, avadanlıqlara, dron cihazlarına və xüsusi təyinatlı avtomobillərə də baxış keçirib.
Həmçinin Azərbaycan Prezidentinə digər inzibati binada yerləşən və ən son texnoloji yenilikləri özündə birləşdirən kriminalistika, əməliyyat və şəbəkə idarəetmə mərkəzləri təqdim olunub, cinayət işlərinin təhqiqatı və müvafiq əməliyyat tədbirlərinin həyata keçirilməsi istiqamətində bu mərkəzlərin imkanları barədə məruzə edilib.
Prezident İlham Əliyev şəxsi heyətin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış və müasir idman avadanlıqları ilə təchiz olunmuş mərkəzlə də yaxından tanış olub.
Sonda Prezident İlham Əliyev şəxsi heyətə xidməti fəaliyyətlərində uğurlar arzulayıb, əməkdaşların öz vəzifələrini bundan sonra da layiqincə yerinə yetirəcəklərinə inamını ifadə edib.
2 views
78
10
4 years ago 00:05:31 10
Prezident İlham Əliyev Şuşada
4 years ago 00:00:24 21
Prezident İlham Əliyev Cəbrayılda
4 years ago 00:32:06 93
Prezident İlham Əliyevin xalqa müraciəti
4 years ago 00:33:51 17
Prezident İlham Əliyevin bayram təbriki
4 years ago 00:35:22 10
PREZİDENT İLHAM ƏLİYEVİN XALQA MÜRACİƏTİ
4 years ago 04:20:21 9
Prezident İlham Əliyevin mətbuat konfransı
10 years ago 00:26:49 263
ANS PRESS - Prezident İlham Əliyevin müsahibəsi
4 years ago 00:15:31 47
Prezident İlham Əliyev xalqa müraciət etdi
4 years ago 00:00:52 37
Cənab Prezident İlham Əliyev
3 years ago 00:24:10 57
Prezident İlham Əliyevin Quba rayonuna səfəri
4 years ago 00:58:22 39
Prezident İlham Əliyev xalqa müraciət edib
4 years ago 00:49:04 14
Prezident İlham Əliyev “BBC“yə müsahibəsi
4 years ago 00:50:30 119
Prezident İlham Əliyevin müsahibəsi - CANLI YAYIM
1 year ago 00:00:00 12
Prezident İlham Əliyev Xankəndidə | CANLI
4 years ago 00:02:28 85
Prezident İlham Əliyevin kövrəldiyi o anlar...
4 years ago 00:40:38 12
Prezident İlham Əliyev xalqa müraciət edir - CANLI
3 years ago 00:00:46 17
Prezident İlham Əliyevin korteji Moskvada
11 years ago 00:14:10 316
Prezident İlham Əliyevin 2014 yeni il təbriki
2 years ago 00:04:56 14
Prezident İlham Əliyev rusiyalı generallara xəbərdarlıq etmişdi
4 years ago 00:25:12 27
Prezident İlham Əliyev Qəbələ rayonuna səfərə gəlib
3 years ago 00:19:49 20
Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib
2 years ago 00:00:40 10
Prezident İlham Əliyev | Ermənistan haqqında
3 years ago 00:04:45 111
Prezident İlham Əliyevin Türkmənistanda rəsmi qarşılanma mərasimi