19 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalı redaksiyasının təşkilatçılığı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərşivəsində “Heydər Əliyev dayanıqlı Azərbaycan peşə təhsilinin yaradıcısıdır” adlı tədbir keçirildi.
Tədbirdə “Peşə təhsili və insan kapitalı” jurnalının əməkdaşları, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, YAP Cəlilabad rayon təşkilatının sədri, Cəlilabad rayonunda fəaliyyət göstərən sahibkarlar, eləcə də Lənkəran-Astara iqtisadi rayonunu əhatə edən və ona qonşu olan peşə təhsili müəssisələrinin rəhbərləri iştirak etdi.
Tədbiri açıq elan edən Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktoru, Əməkdar müəllim Etibar Sadıqov qonaqları salamladıqdan sonra ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut ilə yad etməyi təklif etdi. Tədbirin müasir tələblər əsasında yenidən qurulmuş, məhz bu Mərkəzdə təşkil edildiyinin rəmzi məna daşıdığını qeyd edən natiq kollektiv adından təşkilatçılara təşəkkür etdi.
Sonra o, çıxış üçün sözü “Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Şahbaz Balakişiyevə verdi. Baş redaktor jurnalın cari il ərzində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi silsilə tədbirlərindən danışdı və yeni çapdan çıxmış “Heydər Əliyev və peşə təhsili”kitabını tədbir iştirakçılarına təqdim etdi.
Təqdimatdan sonra söz alan Yeni Azərbaycan Partiyasının Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı qeyd etdi ki, cənab Prezidentin sərəncamı ilə həyata keçirilən bu tədbirlər xalqımızın Ümummilli Liderə olan dərin hörmətinin təcəssümüdür. Çıxışı zamanı o, ulu öndər Heydər Əliyevin respublikamızın peşə təhsilinin inkişafındakı xidmətlərini özündə əks etdirən belə bir kitabın ərsəyə gəlməsini yüksək qiymətləndirərək,bu işdə əməyi keçən hər kəsə bu nəcib təşəbbüsə görə minnətdarlığını bildirdi. Heydər Əliyev irsinin xalqımız üçün həmişə örnək olduğunu, onun ideyalarının istər iqtisadiyyat, istərsə də təhsil sahəsinin inkişafında böyük rol oynadığını qeyd etdi.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin Müəssisələrlə iş şöbəsinin əməkdaşı Cəsarət Yusifov öz çıxışı zamanı qeyd etdi ki, Dəyirmi masanın müzakirəsinə çıxarılan “Əmək bazarının inkişafında peşə təhsilinin rolu” mövzusu bu gün çox aktualdır.
Kadr hazırlığının təşkili prosesində peşə təhsil müəssisəsi ilə birgə fəaliyyətlərindən söz açan sahibkar, “Woodpecker” Mebel Fabrikinin rəhbəri Əliyar Əliyev tədbirə dəvət olunduğu üçün minnətdarlığını bildirərək Mərkəzlə “Dual”təhsil əməkdaşlığından danışdı.
Sonda redaksiya ilə əməkdaşlıqda fərqlənən bir qrup oxucular “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalı redaksiyasının Diplomu ilə təltif edildi.
1 view
1045
302
1 year ago 00:02:28 1
Dövlət Peşə Təhsil Mərkəzi
1 year ago 00:10:00 13
Prezident Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
2 years ago 00:01:37 1
Akademik Zərifə Əliyevanın doğum günüdür - BAKU TV
3 years ago 00:02:32 1
BMT-nin qarşısında ermənilərin mina xəritələrini verməməsinə etiraz - Baku TV