Nriman Nrimanov haqqnda sndli (film 1966-c il)

Tarixi-bioqrafik film Azərbaycan Xalq Komissarları Sovetinin I sədri, dövlət xadimi, həkim, yazıçı və dramaturq Nəriman Nərimanovun həyat və yaradıcılığına həsr edilmişdir. Filmin kompozisiyası iki paralel xətt üzərində qurulmuşdur. Birinci xətt, dramaturq, yazıçı, jurnalist və həkimin keçdiyi həyat yoludur. Buraya Nərimanovun Tiflisdə keçən uşaqlıq illəri, gənclik dövrü, ilk yaradıcılıq işləri, Bakıda müəllimlik etməsi, “Bahadur və Sona“ povestinin və “Pir“ hekayəsinin yazılması, Azərbaycan teatrının yaradılması və inkişafı üçün yorulmadan çalışması, “Nadir Şah“ əsərini yazması, “Hümmət“ qəzetindəki fəaliyyəti daxil edilmişdir. Məzmun İkinci xətt N. Nərimanovun inqilabi fəaliyətidir. Filmdə qəhrəmanın Azərbaycan xalqının taleyi ilə bağlı olması göstərilmişdir. Film haqqında Rejissor Muxtar Dadaşov filmin çəkilişi zamanı N. Nərimanovun Genuya konfransındakı çıxışını əks etdirən kadrları Moskva arxivlərinin birindən tapıb. Sonra həmin kadrları filmdə canlandırıb.[1] Festivallar və mükafatlar 1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna Respublikalarının “Prometey-67“ Zona Kinofestivalı Tarixi-inqilabi mövzunun ən yaxşı təcəssümünə görə film “Veçerniy Tbilisi“ qəzetinin prizini almışdır.
Back to Top