Ekrana çıxan 3 hissəli kinoalmanax və novella
▪️Rəqiblər - Novellada küçəyə qoyulmuş iki pivə köşkünün satıcıları arasındakı çəkişmələrdən və rəqiblər arasında bu çəkişmələrin xeyirxah hisslər doğurmasından danışılır.
▪️Baladadaşın ilk məhəbbəti - Burada ilk məhəbbətin təmiz və ülviliyindən söhbət açılır. Lakin, təəssüf ki, bu məhəbbət təktərəfli olur və Baladadaş (Şamil Süleymanov) filmdəki mahnının sözlərindəki kimi hərəkət edir: “Sənə olan eşqimi sənə də alçaltmaram“.
▪️Nəğmə dərsi - Burada şəxsi həyatı müvəffəqiyyətsizliyə uğrayan gənc fəhlə oğlanın (Əliabbas Qədirov) I sinifdə oxuyan oğlu-Fəxrəddin (Fəxri Həsənov) ilə gizli görüşlərindən danışılır. Gənc ata oğlunu sevir, uşağın gələcək taleyi onu narahat edir. Bu qısa görüş zamanı o özünü oğluna istədir və uşağın da qəlbində ataya qarşı məhəbbət hissini oyatmağa çalışır.