Azərbaycanın və Belarusun Müdafiə nazirləri hərbi hissələri ziyarət ediblər

Azərbaycanın və Belarusun Müdafiə nazirləri hərbi hissələri ziyarət ediblər Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Müdafiə naziri general-leytenant Viktor Xrenin bir neçə hərbi hissəni ziyarət ediblər. Əvvəlcə qonaqlar hərbi hissənin ərazisində ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib. Müdafiə nazirləri hərbi hissənin qərargahında olublar. General-leytenant burada hərbi hissənin xatirə kitabına ürək sözlərini yazıb. Sonra nazirlər ərazidəki hərbi infrastruktur, inzibati, xidməti binalar və qurğular, eləcə də əsgər yataqxanası, yeməkxana və hərbi texnika ilə tanış olublar. Onlara şəxsi heyətin döyüş və xidməti vəzifələrini yerinə yetirməsi üçün yaradılan şərait barədə ətraflı məlumat verilib. *** Sonra “Polonez” əməliyyat-taktiki raket komplekslərinin yerləşdiyi hərbi hissə ziyarət olunub. Müdafiə nazirlərinə qoşun xidməti
Back to Top