İşğaldan azad olunan ərazilərdə minaaxtaran itlərdən istifadə olunacaq

Dövlət sərhəd xidməti işğaldan azad olunan ərazilərdə minaaxtaran itlərdən istifadə edəcək. Xidməti Heyvanlar Təlimatçılarının Hazırlıq Mərkəzində xüsusi kurslar təşkil edilib və gündəlik olaraq itlər tank və piyada əleyhinə minaların tapılması vərdişlərinə yiyələnirlər. Əməkdaşımız Elgiz Nəbili təlimə mane olmamaq şərti ilə prosesi müşahidə edib. ** #ictimaitv #video #televiziya #baku #videolar #itv
Back to Top