Ermənistandan Zəngəzur açıqlaması - BAKU TV

Ermənistandan Zəngəzur açıqlaması - BAKU TV Bakı ilə İrəvan arasında dəmir yolu ilə bağlı qarşılıqlı anlaşma var. Bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan yerli jurnalistlərin regional nəqliyyat dəhlizlərinin açılması ilə bağlı sualını cavablandırarkən bildirib. “Dəmir yolu ilə bağlı müsbət məqamlar var. Bundan başqa, hazırda ekspertiza işləri aparılır, nəticələrini növbəti iclaslarda məruzə edəcəm“, - deyə, Mqer Qriqoryan bildirib. Onun sözlərinə görə, hazırda üçtərəfli işçi qrup konkret məqsədlərlə bağlı iş aparır və bu, dəmir yolu xəttinin Ermənistandan keçən hissəsinin inşasıdır. Dəmir yolu qəbul edilmiş sərhəd və gömrük qaydalarına uyğun - qarşılıqlı əsasda ölkələrin hüququ çərçivəsində fəaliyyət göstərəcək. Qeyd edək ki, dekabrın 16-da Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti ilə Soçi və Brüsseldə keçirilən görüşlərdə dəmir yolunun tikintisi ilə bağlı razılığın əldə olunduğunu təsdiqləyib. Bununla bağlı Ermənistanın Baş naziri yolun Ermənistan hissələrinin tikint
Back to Top