Göz nuru ilə ərsəyə gələn Təkəlduz sənəti - Baku TV

Göz nuru ilə ərsəyə gələn Təkəlduz sənəti - Baku TV Göz nuru, əl əməyi və ürək sevgisinin ərsəyə gətidiyi çox qədim el sənətlərindən biri də təkəlduzdur. Dekorativ təsviri incəsənətin bir növü olan bədii tikmə ustaları indi, demək olar ki, barmaqla sayıla biləcək qədərdir. Onlardan biri də şəkili Sayalı xanımdır. O, 35 ildir bu sənətlə məşğuldur. Xanım qəhrəmanımız təkəlduz sənətindən əvvəl bədii tikmənin digər növlərinə, həmçinin toxuma sənətinə də maraq göstərib. Təkəlduz hərfi mənada “tək əllə düz” mənasını verir. Təkəlduzun çox incəlik tələb edən, eyni zamanda xeyli vaxt aparan bir sənət növü olduğunu bildirən Sayalı xanım deyir ki, elə işlər var, 3-4 ay üzərində çalışmalı olursan. Kiçik ölçülü əl işləri isə 20 günə, bir aya əmələ gəlir. Qeyd edək ki, Sayalı xanım dəfələrlə sərgilərdə iştirak edib, diplomlara layiq görülüb. Qızı Nərgiz xanım da təkəlduz sənətində özünü sınayıb, əl işi ilə müsabiqələrə qatılıb. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri a
Back to Top